Azərbaycan əsas tədarük bazarından günəbaxan yağı idxalını xeyli artırıb

Biznes
  • 16 iyun, 2022
  • 05:39
Azərbaycan əsas tədarük bazarından günəbaxan yağı idxalını xeyli artırıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 24,975 milyon ABŞ dolları dəyərində 16 min 662 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,5 %, kəmiyyət olaraq – 33,3 % azdır.

Rusiyadan 24,484 milyon ABŞ dolları dəyərində 16 min 409 ton, Türkiyədən 312,43 min ABŞ dolları dəyərində 159,99 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində 77,15 ton, İtaliyadan 30,99 min ABŞ dolları dəyərində 13,12 ton, Belarusdan 6,07 min ABŞ dolları dəyərində 2,8 ton məhsul gətirilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 21,8 % və 33,6 % azalıb, Türkiyədən – 30,1 % və 37,6 % azalıb, Ukraynadan – 30,2 dəfə və 32 dəfə artıb, İtaliyadan – 23,9 % və 13 % artıb, Belarusdan – 39 % və 19,1 % artıb.

Qeyd edək ki, aprel ayında Ukraynadan tədarük olmayıb. Bu ayda Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan idxal edib və tədarük həcmləri apreldə öncəki 3 ayın göstəricisinə nisbətən 38,2 % artıb.

Hesabat dövründə Azərbaycan xaricə 4,794 milyon ABŞ dolları dəyərində 2 min 468 ton günəbaxan yağı satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 32,4 % çoxdur və 2,6 % azdır.

İraqa 2,649 milyon ABŞ dolları dəyərində 1 min 368 ton, Gürcüstana 1,976 milyon ABŞ dolları dəyərində 998,24 ton, Türkmənistana 167,25 min ABŞ dolları dəyərində 100,46 ton, Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,05 min ABŞ dolları dəyərində 0,55 ton məhsul ixrac edilib.

2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə İraqa tədarük müvafiq olaraq 18,8 % artıb və 13 % azalıb, Gürcüstana – 48 % və 11 % artıb. Bir il əvvəl Türkmənistan və ABŞ-a günəbaxan yağı satılmayıb.

Qeyd edək ki, Rusiya ənənəvi olaraq Azərbaycanın əsas günəbaxan yağı tədarükçüsüdür. Ötən il ölkəyə gətirilən günəbaxan yağının 98,2 %-i, 2020-ci ildə - 98,3 %-i, 2019-cu ildə - 97,7 %-i, 2018-ci ildə - 93,6 %-i, 2017-ci ildə - 98,7 %-i bu ölkənin payına düşüb.

44 filmi