Azərbaycan daha iki ölkədən kakao tozu tədarük etməyə başlayıb
- 14 mart, 2023
- 10:10
2022-ci il ərzində Azərbaycana xarici ölkələrdən 4 milyon ABŞ dolları dəyərində 1 min 105 ton kakao tozu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycana Türkiyədən 2,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,3 % çoxdur) 707 ton (-3 %), Rusiyadan 341 min ABŞ dolları dəyərində (-25 %) 104 ton (-37 %), Kot-d'İvuardan 300,2 min ABŞ dolları dəyərində (+67 dəfə) 92 ton (+142 dəfə), Niderlanddan 292 min ABŞ dolları dəyərində (+2 dəfə) 81 ton (+2,5 dəfə), Çindən 93,5 min ABŞ dolları dəyərində (+7,2 dəfə) 58 ton (+6,4 dəfə) məhsul gətirilib.
Azərbaycana Böyük Britaniyadan (2,4 min ABŞ dolları dəyərində 0,18 ton), Gürcüstandan (76,3 min ABŞ dolları dəyərində 21 ton), İndoneziyadan (31 min ABŞ dolları dəyərində 18 ton) və Tayvandan (0,84 min ABŞ dolları dəyərində 0,08 ton) kakao tozu tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən (1,44 min ABŞ dolları dəyərində 0,15 ton) və İsveçrədən (3,9 min ABŞ dolları dəyərində 0,3 ton) idxal həyata keçirilib.