Azərbaycan daha bir ölkədən smartfon tədarük etməyə başlayıb

Biznes
  • 06 dekabr, 2024
  • 12:27
Azərbaycan daha bir ölkədən smartfon tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 289,2 milyon ABŞ dolları dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 14,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 214,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29,2 % çoxdur) 811 min 340 ədəd (+28 %), Vyetnamdan 55,8 milyon ABŞ dolları dəyərində (+6 %) 161 min 684 ədəd (-22 %), Hindistandan 14,2 milyon ABŞ dolları dəyərində (-28 %) 59 min 496 ədəd (-7 %), Amerika Birləşmiş Ştatlarından 3,6 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 3 min 150 ədəd (+8 dəfə), Yaponiyadan 339,2 min ABŞ dolları dəyərində (+14 dəfə) 321 ədəd (+9,4 dəfə) cihaz alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yamaykadan (44 min ABŞ dolları dəyərində 44 ədəd) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 1,3 milyon ədəd smartfonun 72,8 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti