Azərbaycan daha 3 ölkəyə siqaret ixrac etməyə başlayıb
- 17 mart, 2023
- 06:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il ərzində Azərbaycana xaricdən 4 milyon ABŞ dolları dəyərində 213,24 milyon ədəd siqaret (tərkibində tütün olan) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 70 % azdır.
Azərbaycan Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində 133 milyon ədəd (5 il 1 aydan sonra idxal bərpa edilib), Ukraynadan 955,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92 % azdır) 45,11 milyon ədəd (-91 %), Rusiyadan 626 min ABŞ dolları dəyərində (-75 %) 35,34 milyon ədəd (-84 %), Almaniyadan 4,32 min ABŞ dolları dəyərində 0,01 milyon ədəd (4 il 7 aydan sonra idxal bərpa edilib) və Fransadan 1,1 min ABŞ dolları dəyərində 0,01 milyon ədəd (ilk dəfə tədarük olub) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 634 milyon ədəd (+2 dəfə) siqaret ixrac edib.
Qırğızıstana 2,54 milyon ABŞ dolları dəyərində 333 milyon ədəd, Türkmənistana 673 min ABŞ dolları dəyərində 55,4 milyon ədəd, Omana 624 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 113 milyon ədəd (+3,1 dəfə), Gürcüstana 492 min ABŞ dolları dəyərində 52,9 milyon ədəd, Çinə 188,2 min ABŞ dolları dəyərində 31,77 milyon ədəd məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstana, Çinə və Tacikistana (94,2 min ABŞ dolları dəyərində 16 milyon ədəd) siqaret tədarükü həyata keçirilib.
Üç il 3 aylıq fasilənin ardından Gürcüstana və 2 il 1 aylıq ardan sonra Türkmənistana ixrac bərpa edilib.