Azərbaycan daha 3 ölkədən elektromobil idxal etməyə başlayıb
- 19 fevral, 2024
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 125,3 milyon ABŞ dolları dəyərində 3 min 102 ədəd elektromobil gətirilib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 90,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,6 dəfə çoxdur) 2 min 562 ədəd (+8,7dəfə), Amerika Birləşmiş Ştatlarından 4,6 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 148 ədəd (+7 dəfə), Almaniyadan 25,2 milyon ABŞ dolları dəyərində (+7,8 dəfə) 278 ədəd (+7 dəfə), Koreya Respublikasında 1,5 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 36 ədəd (+7 dəfə), Belçikadan 1,4 milyon ABŞ dolları dəyərində (+19 %) 20 ədəd (+5,2 %) elektromobil alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Honkoqdan (99 min ABŞ dolları dəyərində 2 ədəd), İspaniyadan (3 min ABŞ dolları dəyərində 1 ədəd) və Niderlanddan (256 min ABŞ dolları dəyərində 4 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana xaricdən (14 ölkədən) gətirilmiş 486 ədəd elektromobilin 61 %-i Çinin payına düşüb.