Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci təxminən 17 % azaldıb

Biznes
  • 10 fevral, 2024
  • 13:02
Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci təxminən 17 % azaldıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 0,438 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 % azdır.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 166,581 milyon ABŞ dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 17,9 % çoxdur.

Yanvarda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (52,821 milyon ABŞ dolları; 22,4 % çox) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (51,873 milyon ABŞ dolları; illik müqayisədə 22,9 % çox) və Avropa İttifaqı ölkələri (19,288 milyon ABŞ dolları; illik müqayisədə 0,1 % az) izləyib.

44 filmi