Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci 2 dəfəyə yaxın artırıb

Biznes
  • 10 fevral, 2024
  • 13:44
Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci 2 dəfəyə yaxın artırıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 0,413 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 95,7 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 29,806 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 19,1 % çoxdur.

Yanvarda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (12,542 milyon ABŞ dolları; illik müqayisədə 15,1 % çox) həyata keçirilib. Onu Amerika qitəsi (4,172 milyon ABŞ dolları; 2,1 dəfə çox) və Yaxın Şərq ölkələri (3,230 milyon ABŞ dolları; illik müqayisədə 11,8 % çox) izləyib.

44 filmi