Azərbaycan avokado idxalını iki dəfədən çox artırıb

Biznes
  • 13 sentyabr, 2024
  • 06:15
Azərbaycan avokado idxalını iki dəfədən çox artırıb

Bu ilin birinci yarısında Azərbaycan 1,33 milyon ABŞ dolları dəyərində 473 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Perudan 710,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 229 ton (+4,2 dəfə), Türkiyədən 220 min ABŞ dolları dəyərində (+3 dəfə) 145 ton (+3 dəfə), Cənubi Afrikadan 140,14 min ABŞ dolları dəyərində (+39 %) 46,71 ton (+42 %), Portuqaliyadan 74 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 15 ton (+4 dəfə), Meksikadan 48,1 min ABŞ dolları dəyərində (+12 dəfə) 3,1 ton (+4,7 dəfə) avokado alıb.

2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 489 ton avokadonun 40,5 %-i Türkiyənin, 23,4 %-i Keniyanın payına düşüb.