Azərbaycan ABŞ-dən tikiş maşınlarının idxalını bərpa edib

Biznes
  • 06 dekabr, 2024
  • 10:55
Azərbaycan ABŞ-dən tikiş maşınlarının idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,74 milyon ABŞ dolları dəyərində 34 min 61 ədəd tikiş maşını idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 28 min 681 ədəd (+2,7 dəfə), Türkiyədən 357 min ABŞ dolları dəyərində (+17 %) 3 min 396 ədəd (+24 dəfə), Vyetnamdan 144 min ABŞ dolları dəyərində (+29 %) 1 min 21 ədəd (+82 %), Yaponiyadan 75,2 min ABŞ dolları dəyərində (-77 %) 125 ədəd (+34 %), Tailanddan 46 min ABŞ dolları dəyərində (-69 %) 575 ədəd (-14 %) tikiş maşını alıb.

Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (33 min ABŞ dolları dəyərində 5 ədəd) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 20 min 605 ədəd tikiş maşının 78 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti