Azərbaycan 3 ölkəyə alma şirəsinin ixracını bərpa edib

Biznes
  • 14 mart, 2023
  • 13:21
Azərbaycan 3 ölkəyə alma şirəsinin ixracını bərpa edib

2022-ci ildə Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 2 min 107 ton alma şirəsi ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Hesabat dövründə Rusiyaya 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49,2 % çoxdur) 1 min 485 ton (+29 %), Türkiyəyə 557 min ABŞ dolları dəyərində (+3 dəfə) 462 ton (+3 dəfə), Gürcüstana 116 min ABŞ dolları dəyərində 88,3 ton, Malayziyaya 19,9 min ABŞ dolları dəyərində (+3,6 %) 32,4 ton (-18 %), İsrailə 14 min ABŞ dolları dəyərində (+83,2 %) 20 ton (+2 dəfə) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana (2,5 min ABŞ dolları dəyərində 2,4 ton) ixrac həyata keçirilib.

Azərbaycandan Çinə (0,5 min ABŞ dolları dəyərində 0,65 ton), Kanadaya (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) və Gürcüstana tədarük bərpa edilib.

44 filmi