Azərbaycan 3 ölkədən kombayn idxalını bərpa edib
- 16 mart, 2023
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana xaricdən 10,9 milyon ABŞ dolları dəyərində 105 ədəd taxılyığan kombayn gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,7 dəfə, kəmiyyət olaraq – 6,2 dəfə çoxdur.
Hesabat dövründə Polşadan 6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,3 dəfə çoxdur) 51 ədəd (+8,5 dəfə), Finlandiyadan 3,8 milyon ABŞ dolları dəyərində 46 ədəd, Belçikadan 614 min ABŞ dolları dəyərində 2 ədəd, Almaniyadan 282 min ABŞ dolları dəyərində (-46 %) 1 ədəd (-80 %), Çindən 217 min ABŞ dolları dəyərində (+9,4 dəfə) 3 ədəd (+3 dəfə) və Türkiyədən 7,5 min ABŞ dolları dəyərində 2 ədəd kombayn alınıb.
Altı il 7 ayın tamamında Belçikadan, 4 il 9 aylıq fasilənin ardından Türkiyədən və 1 il 9 aylıq aradan sonra Finlandiyadan tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycandan xaricə 1 milyon ABŞ dolları dəyərində (+6,7 dəfə) 7 ədəd (+7 dəfə) kombayn göndərilib.
Türkiyəyə 633,2 min ABŞ dolları dəyərində (+4 dəfə) 2 ədəd (+2 dəfə), Gürcüstana 99,5 min ABŞ dolları dəyərində 1 ədəd və Qazaxıstana 288 min ABŞ dolları dəyərində 4 ədəd texnika satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük həyata keçirilib. Bir il 8 aylıq fasilənin ardından Gürcüstana ixrac bərpa edilib.