Azərbaycan 3 ölkədən çilçıraq tədarükünü bərpa edib

Biznes
  • 13 yanvar, 2024
  • 11:09
Azərbaycan 3 ölkədən çilçıraq tədarükünü bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 23,95 milyon ABŞ dolları dəyərində 4 min 272 ton çilçıraq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 53 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 17,84 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çoxdur) 3 min 911 ton (+61 %), Türkiyədən 4,45 milyon ABŞ dolları dəyərində (+41 %) 201 ton (-2 %), İtaliyadan 2 milyon ABŞ dolları dəyərində (+51 %) 80 ton (+14 %), İspaniyadan 580 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 6,84 ton (-18 %), Çexiyadan 465 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 5,12 ton (+2,6 dəfə) çilçıraq alıb.

Azərbaycan 3 il 6 ayın tamamında Malayziyadan (14 min ABŞ dolları dəyərində 0,2 ton) və 2 il 7 aylıq fasilənin ardından İndoneziyadan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 3 aydan sonra Avstraliyadan (2,35 min ABŞ dolları dəyərində 0,02 ton) tədarükü bərpa edib.