Bakı. 15 iyun. REPORT.AZ/ "Böyüklər arasında ilk qızıl medalımı da 2010-cu ildə Azərbaycanda qazanmışdım. Altıncı final görüşüm də Bakıda oldu. Azərbaycanda Türkiyədən gələnləri öz idmançıları kimi qarşılayır və alqışlayırlar. İlk dəfə Avropa çempionluğunu da burada qazanmışam. Həmin vaxt da çempion olandan sonra Azərbaycan və Türkiyə bayrağı ilə meydana çıxmışdım və məni ayaq üstə alqışlamışdılar. Burada özümüzü evimizdəki kimi hiss edirik".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində "
"Türkiyədə bu qədər tamaşaçını bir yerdə görməmişəm", - o, vurğulayıb.
130 kq-da güləşən türk pəhləvanı yemək rejimindən də danışıb: "Çox çətinliklə yemək yeyirəm. Duzlu, yağlı yeməklər yemirəm. Əslində, çəkim 130 kilo deyil, 123 kq-a yaxındır. 5-6 ildir bu çəki dərəcəsində güləşirəm. Bu çəkini özüm bilərəkdən toplamışam. O qədər gərgin məşqlər edirəm ki, bəzən qəbul etdiyim protein yetərli olmur".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rıza Kayaalpın final güləşini cib telefonu vasitəsi ilə izləyib.
Türkiyə prezidenti mətbuat xidmətinin yaydığı məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan Avropa Oyunlarında qızıl medal qazanmış ölkəsinin idmançılarına təbrik mesajı da göndərib.