Bakı. 13 aprel. REPORT.AZ/ “Rosiyya 24” telekanalının “Vesti nedeli” analitik proqramında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş süjet nümayiş etdirilib.
"Report" xəbər verir ki, tanınmış jurnalist, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə
Süjetdə qeyd olunur ki, Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur. Azərbaycanın birinci xanımı
Rusiya jurnalistlərinin fikrincə, ilk Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın namizədliyi təsadüfən seçilməyib. 2012-ci ildə burada “Eurovision” mahnı müsabiqəsi uğurla keçirildi. Avropa Oyunları üçün də onlarca obyekt tikilib və yenidən qurulub, nəqliyyat və mehmanxana infrastrukturu hazırlanıb. Olimpiya kəndinin tikintisi başa çatırılır.
Təşkilat Komitəsinin üzvləri çəkiliş qrupuna qarşıdan gələn oyunların başlıca arenası – Olimpiya stadionu, Heydər Əliyev adına İdman Kompleksi, “Crystal Hall”, Xəzərin sahilində çimərlik və su idman növlərinin keçirilməsi üçün inşa edilmiş Su İdmanı Sarayı barədə söhbət açıblar.
Süjetdə deyilir: “Bakıda bütün obyektləri bir-birinə yaxın tikməklə, Oyunların məkanını maksimum yığcam etməyə çalışıblar. Obyektlərin hamısı şəhərin mərkəzində, bulvar və İçərişəhərə yaxın yerdə inşa olunub. Elə “Atletlər kəndi” də əsas idman meydançalarının yaxınlığındadır”.
Rusiya tamaşaçılarına hazırlıq mərhələsində Soçi təcrübəsindən istifadə olunduğu, 1300-dən çox xarici media qurumunun akkreditasiyadan keçdiyi, Hindistan, Çin, Afrika, Amerika teleşirkətləri ilə müqavilələr bağlandığı barədə də məlumat verilib. Oyunların baş əməliyyat direktoru Saymon Kleqq isə vurğulayıb ki, Oyunlar bütün dünyada yayımlanacaq.
Gənclər və idman naziri
“Vesti” kanalının müxbiri süjetini yekunlaşdıraraq deyib: “Bakıda Avropa Oyunlarının keçid mərhələsi olduğunu, başlıca məqsədin Yay Olimpiya Oyunları olduğunu gizlətmirlər. Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir”.