Bakı. 13 İyun. REPORT.AZ/ "Oyunlarda qızıl medal qazandıqdan sonra, prezident
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.
- Azərbaycanın iki karateçisi bugünkü yarışlarda qızıl medal qazandı. Bu haqda fikirlərinizi bildirərdiniz...
- Çox sevindirici haldır ki, I Avropa Oyunlarında ilk qızıl medal karatedən gəldi. Oyunlardan bir neçə ay öncə, mənə sual verirdilər ki, necə çıxış edəcəksiniz? Mən də öz növbəmdə cavab verirdim ki, Azərbaycanı yüksək səviyyədə təmsil edəcək, dövlət bayrağımızı qaldıracağıq. Çünki gözəl açılış mərasimindən sonra yarışa ilk olaraq biz başladıq, hər kəs açılış mərasimini gördü. Təşkilatçılıq yüksək səviyyədə idi. Fantastik bir açılış idi. Mən Pekində, Londonda keçirilən Olimpiadaların açılışında olmuşam, ancaq bu səviyyədə açılış mərasimi görməmişəm. Ona görə fikirləşirəm ki, biz Olimpiya Oyunları keçirməyə tam hazırıq.
- Qarşıdakı yarışlarla bağlı proqnozunuz necədir?
- Məndən proqnoz soruşmuşdular, bildiyim qədər aşağı səviyyədə demişdim. Çünki bu idmandır, hər şey ola bilər. Mən demişdim ki, bir qızıl, bir gümüş və iki bürünc qazanacağıq. Qarşıdakı yarışlarda Şahin Atamov və Ayxan Mamayevə ümid bəsləyirik. Legioner idmançımız İrina Zarayetskaya da finala çıxa bilər. Ümumilikdə desək, daha 2-3 medal qazana bilərik. Gələcəkdə Olimpiya Oyunlarına qatılsaq, mütləq medal qazanacağıq.
- Bu gün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüş olub. Görüşdə hansı məsələlər müzakirə olunub?
- Karatenin Olimpiya Oyunları sırasına daxil edilməsi yüksək səviyyədə həll olunan məsələdir. Oyunlarda qızıl medal qazandıqdan sonra, prezident İlham Əliyev bizi təbrik etdi, gördüyünüz kimi Firdovsinin boynundan qızıl medalı o asdı. Ondan öncə prezidentlə söhbətimiz oldu, dedim ki, sizə qızıl medal söz vermişdim, o da oldu. Bildirdim ki, bizim üçün sevindirici haldır ki, həm dediyimiz söz yerə düşmədi, həm də ilk Avropa Oyunlarında ilk qızıl medalı biz qazandıq. Eləcə də
- Baxla görüşdə başqa hansı məsələlər müzakirə olunub?
- O bildirdi ki, hər şey yüksək səviyyədə təşkil olunub. Karate də Azərbaycanı dünyada yüksək səviyyədə təmsil edir. Onun bizim işimizə bu cür yanaşmağının gələcəkdə xeyri olacaq. Söhbət oldu ki, karateyə mərkəz tikilsin. Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos da görüşdə iştirak edirdi. O, cənab prezident İlham Əliyevə bildirdi ki, artıq Azərbaycanda karatenin öz mərkəzi olsa daha yaxşı olar. Cənab prezident də nazir