I Avropa Oyunlarının məşəli Qız Qalasına gətirilib - VİDEO

I Avropa Oyunlarının məşəli Qız Qalasına gətirilib - VİDEO Məşəl şəhər boyunca 16 km məsafədə 100 məşəlçi tərəfindən daşınıb
Avropa Oyunları
8 İyun , 2015 00:52
I Avropa Oyunlarının məşəli Qız Qalasına gətirilib - VİDEO

Bakı. 8 İyun. REPORT.AZ/ Bu gün I Avropa Oyunlarının məşəli bölgələri dolaşdıqdan sonra Neft daşlarına gətirilib.

“Report” xəbər verir ki, Neft daşlarında məşəli əməkdar neftçi, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qəbul edib.

Daha sonra məşəl Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. İlham Əliyev məşəli neftçi Nahid Nuriyevdən təhvil alıb. Ölkə prezidenti məşəli Dənizkənarı Milli Parkı - Bakı bulvarı ilə daşıyıb.

Sonra xalq artisti Arif Babayev estafeti I xanım Mehriban Əliyevaya ötürüb və daha sonra məşəlçilər İsfar Sarabski, İqbal Hacızadə və Firəngiz Əlizadə alovu Neftçilər prospekti ilə daşıyıb. Ardınca Azərbaycanın məşhur Qarabağ atlarının paradı keçirilib.

Daha sonra məşəl Ağ Şəhər istiqamətində ənənəvi yürüş formatı üzrə yoluna davam edib. Uzunluğu 2,7 kilometr, sahəsi 33 hektar olan Ağ Şəhər bulvarı məşəl estafetini salamlayıb.

Açılış mərasiminə qədər alovun gecələr saxlanılacağı məkana – Qız qalasına gətirilmədən əvvəl Bayraq meydanı və Bakı Kristal Zalına qədər məşəli Namiq Abdullayev, Zemfira Meftahəddinova, Zabit Səmədov və Ömər Eldarov daşıyıblar.

Ümumilikdə, məşəl şəhər boyunca 16 km məsafədə 100 məşəlçi tərəfindən daşınıb.

Son xəbərlər

Orphus sistemi