Yuxarı

Xoşbəxt Yusifzadə

 - 

Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident



2015

2015-ci il yanvarın 14-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib. Həmin il o, Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və incəsənət cəngavəri" fəxri adına layiq görülüb.

2013

2013-cü ildə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.

2009

2009-cu ildə ”Şərəf” ordeni ilə təltif olunub.

2004

2004-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

2000

Müstəqil Azərbaycanın ”İstiqlal” ordeni ilə təltif olunub.

1994

1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

1992

1992-1994-cü illərdə ”Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri olub.

1970

1970-1992-cı illərdə ”Xəzərdənizneft” Birliyinin, ”Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq ”Xəzərdənizneftqazsənaye” Birliyinin, ”Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və ”Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləyib.

1963

1963-cü ildən 1970-ci ilədək ”Başdənizneft” İdarəsində baş geoloqun müavini – şöbə rəisi, ”Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun müavini olub.

1960

1960-cı ilin sentyabrında Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş ”Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışıb.

1959

1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib.

1958

1958-1959-cu illərdə ”Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu olub.

1954

1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki ”Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınıb.

1947

1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olub.

1930

1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.