Yuxarı

Arif Babayev

 - 

xalq artisti, xanəndə



2008

2008-ci ildə Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom buraxılıb. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. O Xəzər Universitetində muğam dərsi verir.

1990

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb.

1984

1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1982

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb.

1966

1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.

1963

1963-1966 -cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

1960

1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1938

Arif İmran oğlu Babayev fevral ayının 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.