Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq

Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq Fransanın paytaxtı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı xərclər üçün 12,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
Avropa Oyunları
2 Noyabr , 2023 03:07
Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq

Fransanın paytaxtı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı xərclər üçün 12,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Bununla yanaşı, 2024-cü ildə Paralimpiya idman və Abilimpiya komandalarının təlim-məşq toplantılarının, həmçinin Xüsusi Olimpiya Komitəsinin idman komandalarının müxtəlif idman tədbirlərinin keçirilməsi və həmin idman komandalarının beynəlxalq yarışlarda iştirakı və beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilati işlərinin maliyyə təminatı üçün 2,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edilir ki, bu, 2023-cü illə müqayisədə 1,3 milyon manat və ya 1,8 dəfə çoxdur.

Artımın əsas səbəbi növbəti ildə XVII Paris Yay Paralimpiya oyunlarında milli komandamızın iştirakı ilə bağlı xərclərin qarşılanmasıdır.

Son xəbərlər

Orphus sistemi