Avropa Oyunları: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa Oyunları: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında boks yarışlarının püşkü atılıb.
Avropa Oyunları
22 İyun , 2023 21:49
Avropa Oyunları: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında boks yarışlarının püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, püşkə əsasən milli komandanın üzvlərinin də ilk rəqibləri bəlli olub.

İyunun 23-də start götürəcək yarışın ilk günündə yığmanın 2 boksçusu mübarizəyə qoşulacaq. Ümid Rüstəmov (57 kq) Ronald Veresi (Macarıstan), Malik Həsənov (63,5 kq) Bartlomey Roskoviçi (Polşa) sınağa çəkəcək.

Krakov-2023-də boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena”da baş tutacaq. Avropa Oyunları həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Kişi boksçular arasında 51 kq, 92 kq və +92 kq, qadınlarda 75 kq çəki dərəcələrində finalçılar, digər bütün çəkilərdə yarımfinalçılar Olimpiadada iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcək.

Avropa Oyunları
1/16 final

23 iyun
Ümid Rüstəmov (57 kq) – Ronald Veres (Macarıstan)
Malik Həsənov (63,5 kq) – Bartlomey Roskoviç (Polşa)

24 iyun
Murad Allahverdiyev (80 kq) – Kevin Şumann (Almaniya)
Alfonso Dominges (92 kq) – Yan Zak (İsrail)
Zeynəb Rəhimova (54 kq) – Lenuta Periyoç (Rumıniya)

25 iyun
Sərxan Əliyev (71 kq) – Mixal Takacs (Slovakiya)
Məhəmməd Abdullayev (+92 kq) – Uğur Aydemir (Türkiyə)

1/8 final
26 iyun

Məsud Yusifzadə (51 kq) - Atilla Bernat (Macarıstan)/David Alaveryan (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Oşin Deriyuv (Belçika)

27 iyun
Anaxanım İsmayılova (50 kq) – Soares De Pino (Portuqaliya)
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Tatevik Xaçatryan (Ermənistan)
Aynur Rzayeva (75 kq) - İrina Şoenberger (Almaniya)

Son xəbərlər

Orphus sistemi