Bakı. 07 İyun. REPORT.AZ/ Boks üzrə Ukrayna millisinin baş məşqçisi Dmitri Sosnovski komandanın Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək heyətini açıqlayıb.
"Report" xəbər verir ki, boks turniri 16-27 iyun tarixlərində keçiriləcək.
Kişilər arasında turnir ənənəvi 10 çəki dərəcəsi üzrə keçiriləcək: 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və 91 kq.
Bundan əlavə, yarışlarda qadın atletlər də iştirak edəcək. Boks üzrə zərif cinsin nümayəndələri 51 kq, 54 kq, 60 kq, 64 kq və 75 kq. çəki dərəcələrində yarışacaqlar.
Ukrayna yığmasının heyəti
Kişilərdən ibarət komanda:
49 kq: İqor Sopinski
52 kq: Dmitri Zamotayev
56 kq: Yuri Şestak
60 kq: Timur Belyak
64 kq: Viktor Petrov
69 kq: Yaroslav Samofalov
75 kq: Vladislav Voytalyuk
81 kq: Aleksandr Xijnyak
91 kq: Qevorq Manukyan
91 kq: Vladislav Sirenko
Baş məşqçi: Dmitri Sosnovski
Qadınlardan ibarət komanda:
51 kq: Tatyana Kob
75 kq: Yekaterina Şambir
Baş məşqçi: Sergey Qordienko
Tarixdə ilk Avropa Oyunları 12-28 iyun tarixlərində Bakıda keçiriləcək.