​"Bakı-2015"də medal qazanan Rusiya idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb

​"Bakı-2015"də medal qazanan Rusiya idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb Avropa Oyunlarında birinci yeri tutan atletlər hərəyə 2 min dollar əldə edəcəklər
Avropa Oyunları
7 İyul , 2015 08:58
​Bakı-2015də medal qazanan Rusiya idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb

Bakı. 7 İyul. REPORT.AZ/ Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanan idmançılar hərəyə təqribən 2 min ABŞ dolları məbləğində pul mükafatı alacaqlar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Arkadi Dvorkoviç hökumətin müşavirəsi zamanı bildirib.

Onun sözlərinə görə, yarışlarda ikinci və üçüncü yerləri tutan atletlər müvafiq olaraq 1000 və 600 dollar məbləğində pul mükafatı alacaqlar.

"Beləliklə, birinci Avropa Oyunlarında qazanılan medallara görə veriləcək pul mükafatları müvafiq idman növləri üzrə Avropa çempionatlarında verilən mükafata uyğun olacaq", - deyə baş nazirin müavini bildirib.

Bundan əlavə, idmançıların məşqçilərinə də pul mükafatları veriləcək: müvafiq olaraq qızıl medala görə 850 dollar, gümüş medala görə 430 dollar və bürünc medala görə 250 dollar.

Bakıda keçirilən I Avropa Oyunlarında komanda hesabında Rusiya yığma komandası birinci yeri tutub. Qonşu ölkə komandası Oyunlarda 164 medal qazanıb ki, bunların da 79 ədədi qızıl, 40-ı gümüş və 45-i bürüncdür. Azərbaycan Oyunlarda ikinci - 56 (21-15-20), Böyük Britaniya isə üçüncü -47 (18-10-19) yeri tutub.

Son xəbərlər

Orphus sistemi