Bakı. 9 aprel. REPORT.AZ/ "Hazırda BEGOC-da 1500-dək əməkdaş çalışır. Onların əksəriyyəti yerli, 500-ə yaxını isə xarici mütəxəssislərdir. Onların köməkliyi ilə Avropa, dünya tarixində ilk Avropa Oyunları Bakıda keçiriləcək". "Report"un məlumatına görə, bu sözləri "
Nazir I Avropa Oyunlarının Azərbaycanın tarixində böyük bir hadisə, olimpiada və futbol üzrə dünya çempionatından sonra 3-cü mötəbər yarış olduğunu söyləyib: "Dəfələrlə Prezident
A.Rəhimov Oyunlarda qonaqlara kömək edəcək könüllülərdən də danışıb. Onun sözlərinə görə, "Bakı 2015"də 17-18 min könüllü olacaq və onların 5 mini Açılış və Bağlanış mərasimlərində iştirak edəcək: "Yeni tamaşaçı proqramı həyata keçirilir. Burada əsas məqsəd Bakı sakinlərini idman zallarına dəvət etməkdir".
Nazir Oyunlar zamanı ən önəmli məqsədin medal qazanmaq olduğunu deyib. O, Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstəyi nəticəsində "Bakı 2015"də çıxış edəcək Azərbaycan idmançılarının uğur qazanmalı olduqlarını qeyd edib. A.Rəhimov doğma divarların, tamaşaçıların idmançılara bu yöndə kömək edəcəklərini bildirib.