Zaqatalada fındıq festivalı keçirilir

ASK
  • 13 sentyabr, 2022
  • 07:30
Zaqatalada fındıq festivalı keçirilir

S.Cəfərov qeyd edib ki, Zaqatala zəngin bitki örtüyünə malik yaylaqları, təbii landşaftı qorunub saxlanan meşələri, özünəməxsus arxitekturaya malik tarixi-memarlıq abidələri, multietnik mədəniyyəti və folkloru ilə digər rayonlarımızdan fərqlənir:" İllərdir öz populyarlığını qoruyub saxlayan fındıq festivalının Zaqatalada keçirilməsi təsadüfi deyil. Zaqatala ölkəmizin ən böyük fındıqçılıq rayonudur, Azərbaycandakı fındıq bağlarının 25%-i burada yerləşir, fındığın isə 45%-i Zaqatalada yetişdirilir. Bu mənada fındıq festivalı keçirmək Zaqatala rayonunun haqqıdır və rayon artıq neçə illərdir ki, bu gözəl festivala haqlı olaraq ev sahibliyi etməkdədir".

Onun sözlərinə görə, fındıq ölkəmizdə ən popular qərzəkli meyvələrdən biri olmaqla yanaşı, həm də xarici ölkələrə ən çox ixrac olunan məhsullardandır: "Ölkəmizdə fındıqçılığın inkişafına dövlət dəstək verir. Fındıq əkinləri subsidiyalaşdırılır, yeni salınan intensiv fındıq bağlarına ilk dörd il ərzində hər hektara 730 manat subsidiya verilir. Eyni zamanda boş Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4 400 manat birdəfəlik əkin subsidiyası ödənilir. Fındıqçılığın inkişafına dövlət dəstəyi bununla yekunlaşmır, digər intensiv meyvə bağlarında olduğu kimi, fındıq bağlarında çəkilmiş müasir suvarma sistemlərinin dəyərinin 40%-ni dövlət ödəyir".

Tədbirin açılış mərasimində çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib: "Hazırda Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Görülən işlər nəticəsində rayon həm fındıq bağlarının sahəsinə, həm də fındıq istehsalına görə birinci yerdədir. Rayonda bu cür sərgi və yarmarkaların, festivalların keçirilməsi qərzəkli meyvəçiliyin təbliği ilə yanaşı rayonun turizm potensilına da müsbət təsir göstərir".

Daha sonra tədbir iştirakçıları sərgilənən məhsullar, tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olub, fındıq istehsalı və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlərlə görüşüblər. Görüşlərdə məhsul yığımının gedişi, məhsuldarlığın artırılması üçün görülən işlər, intensiv və superintensiv meyvə bağlarının salınmasında tətbiq olunan yeniliklər, fındıq məhsullarının emalı və ixracı ətrafında fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.

11:25

Bu gün Zaqatala şəhərində fındıq festivalı və "Yurdumun ləzzəti" stendinin açılışı olub.

"Report" xəbər verir ki, tədbirin məqsədi insanları Zaqatalanın fındıqçılıq ənənələri ilə tanış etməkdir.

Festivalda kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər rəsmi şəxslər iştirak edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti