Nazir müavini: "Aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb"

Nazir müavini: "Aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb" Azərbaycanda aqrar sektor keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
ASK
27 Aprel , 2024 10:57
Nazir müavini: Aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb

Son illərdə Azərbaycanda dövlətin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi prosesində mühüm addımlar atılıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının səmərəliliyinin artırılması və sahənin inkişafı istiqamətində atılan addımlar aqrar sektorun inkişafına səbəb olub.

"Dünyada torpaqların şoranlaşması, su və torpaq resurslarının azalması kənd təsərrüfatına ciddi təsir göstərir. Buna görə də yaranmış çətinliklərin aradan qaldırılmasında müasir texnologiyaların tətbiqi xüsusi önəm kəsb edir",- deyə o qeyd edib.

Tədbir İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı, "Gilan Pivot" MMC-nin tərəfdaşlığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi