Məcnun Məmmədov: "İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir"

Məcnun Məmmədov: "İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir" İqlim dəyişikliyi ilə bağlı çağırışlar kənd təsərrüfatı sektoru üçün yalnız təhdid deyil, əksinə gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin qurulması üçün bir fürsətdir.
ASK
1 Oktyabr , 2024 10:17
Məcnun Məmmədov: İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir
Məcnun Məmmədov

İqlim dəyişikliyi ilə bağlı çağırışlar kənd təsərrüfatı sektoru üçün yalnız təhdid deyil, əksinə gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin qurulması üçün bir fürsətdir.

"Report" xəbər verir, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə bildirib.

Onun sözlərinə görə, aqrar sektor iqlim dəyişikliyinin birbaşa təsir etdiyi sahələrdəndir: "Azərbaycanda bu təsirə qarşı mübarizədə genişmiqyaslı islahatlar həyata keçirir. Su ehtiyatlarının səmərəli idarə olunması, torpaq resurslarının səmərəli istifadəsi bu islahatların mərkəzindədir".

Nazir qeyd edib ki, əsas məqsəd fermerlərin müasir texnologiyalarla dəstəklənməsi və su resurslarının davamlı, düzgün idarə olunmasıdır: "İqlim dəyişikliyi ilə mübarizədə innovativ yanaşmalar və müasir texnologiyalar mühüm rol oynayır. Bu çərçivədə Azərbaycan suvarma sistemlərini modernləşdirir, fermerlər üçün daha səmərəli sudan istifadə imkanları yaradır və bərpa olunan enerji mənbələrinə sərmayə qoyur".

Son xəbərlər

Orphus sistemi