Biləsuvarda intensiv texnologiyaların tətbiqi ilə becərilən qarğıdalı yığımına başlanılıb
ASK
- 12 oktyabr, 2022
- 09:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda intensiv texnologiyaların tətbiqi ilə becərilən hibrid qarğıdalı sahələrində biçinə start verilib.
"Report"un Muğan bürosunun məlumatına görə, növbəli əkin prinsipinə uyğun olaraq, rayonda bu il 1700 hektara yaxın sahədə intensiv texnologiyaların tətbiqi ilə qarğıdalı bitkisi əkilib.
Bu dənli bitkilər içərisində qarğıdalı ən qiymətli ərzaq və yem sayılır. Bu il rayonda 700 hektar yazlıq, 1000 hektara yaxın isə təkrar əkin olaraq qarğıdalı əkilib.
Bir müddətdir ki, Biləsuvarda erkən əkin aparılan sahələrdə dənlik qarğıdalı biçininə başlanılıb. Bu günədək 200 hektara yaxın sahədə biçin işləri həyata keçirilib, 783,2 ton məhsul toplanılıb. Hələlik orta məhsuldarlıq 53 sentner təşkil edir.
Son xəbərlər
07:31
ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib
Digər ölkələr
07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
Digər ölkələr
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr
06:14
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
Fərdi
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi
04:31
Foto
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda