Azərbaycanın Rusiyadan soğan idxalı 49 dəfə azalıb

ASK
  • 22 iyun, 2022
  • 08:12
Azərbaycanın Rusiyadan soğan idxalı 49 dəfə azalıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 83,49 min ABŞ dolları dəyərində 204,19 ton soğan gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56 dəfə, kəmiyyət olaraq – 59 dəfə azdır.

Rusiyadan 76,84 min ABŞ dolları dəyərində 192,1 ton və Niderlanddan 6,65 min ABŞ dolları dəyərində 12,09 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 47 dəfə və 49 dəfə azalıb və Niderlanddan – 12,3 % və 12,3 % azalıb.

Hesabat dövründə Azərbaycan 154,07 min ABŞ dolları dəyərində 202,98 ton soğan ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 16,3 % və 1,2 % azdır.

Rusiyaya 146,86 min ABŞ dolları dəyərində 162,23 ton, Ukraynaya 4,39 min ABŞ dolları dəyərində 21,95 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,82 min ABŞ dolları dəyərində 18,8 ton məhsul satılıb.

2021-ci ilin ilk dörd ayının göstəriciləri ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 20,2 % və 20,6 % azalıb. Bir il əvvəl Ukrayna və BƏƏ-yə soğan satılmayıb.

Qeyd edək ki, ötən il xaricdən aldığımız 12 min 425 ton soğanın 78 %-i Rusiyanın payına düşüb, qalan hissəsi isə Qazaxıstan, Özbəkistan, Ukrayna və Niderlanddan gətirilib.