Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır

Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır Hazırda Paris Sazişinə uyğun olaraq Azərbaycan üzrə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi və uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası (LTS) hazırlanmaqdadır.
ASK
28 Avqust , 2024 10:56
 Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır

Hazırda Paris Sazişinə uyğun olaraq Azərbaycan üzrə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi və uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası (LTS) hazırlanmaqdadır.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatında iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və onun təsirlərini azaltmaq üçün kənd təsərrüfatı istehsalçılarını bu mövzuda məlumatlandırmaq və istehsal vərdişlərini mövcud iqlim reallıqlarına uyğunlaşdırmaq lazımdır. İqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısını yalnız uyğunlaşma və azaltma çərçivəsində hazırlanacaq strategiyalarla almaq mümkündür.

V. Kərimov qeyd edib ki, iqlim dəyişmələri probleminin həlli genişmiqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir: "Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişmələrinə təsirləri azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq, 2050-ci ilə qədər istixana qazı emissiyalarının xalis payının 40 %-ə qədər azaldılmasını şərtli hədəf kimi müəyyən edilib. Azərbaycan bu il, həmçinin qlobal metan emissiyalarının azaldılması üzrə öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub".

Son xəbərlər

Orphus sistemi