Azərbaycanda tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi hədəflənir

Azərbaycanda tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi hədəflənir "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi ölkədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Elmi -Tədiqat İnstitutu ilə əməkdaşlıq edir.
ASK
26 Sentyabr , 2023 17:13
Azərbaycanda tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi hədəflənir

"Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi ölkədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bunu Assosiasiyanın sədri Mədinə Əliyeva Türk Dövlətlərinin II Aqrobiznes Forumunda bildirib.

"Azərbaycan taxıl toxumçuluğu ilə müqayisədə tərəvəz toxumçuluğunda türk dövlətləri arasında bir o qədər də üstün mövqedə deyil. Əsas məqsədimiz bizim toxumçuları tərəvəz toxumçuluğunun inkişafına təşviq etməkdir. Düşünürəm ki, bu sahədə növbəti illərdə uğurlarımızı artıra biləcəyik", - deyə o qeyd edib.

"Kənd təsərrüfatının inkişafı Azərbaycan üçün prioritetdir. Toxumçuluq da kənd təsərrüfatının mühüm istiqamətlərindəndir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi