Azərbaycanda "Gənc Aqrosahibkarlar" layihəsinin icrasına başlanılır

Azərbaycanda "Gənc Aqrosahibkarlar" layihəsinin icrasına başlanılır Bu gün Bakıda Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış mərasimi keçirilir.
ASK
31 May , 2024 11:39
Azərbaycanda Gənc Aqrosahibkarlar layihəsinin icrasına başlanılır

Bu gün Bakıda Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış mərasimi keçirilir.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) Müşahidə Şurasının sədri Cəlal Əliyev bildirib ki, layihə yeni nəsil fermerlərin yetişməsinə və dayanıqlı kənd təsərrüfatının inkişafına öz töhvəsini verəcək.

Onun sözlərinə görə, layihədən Lerik, Masallı, Lənkaran və Astara rayonlarında yaşayan 70 nəfər faydalanacaq.

"Layihənin icra ediləcəyi rayonlarda mikrosahibkarlığın inkişafı və regionlarda sahibkarlığa dövlət dəstəyinin cəlb edilməsi prosesi sürətlənəcək. Layihə çərçivəsində məşğulluğun yaradılması və regionlarda belə imkanları olmayan insan resurslarının inkişafı dəstəklənəcək. Bu fəaliyyətlər biznesin inkişafı və gəlirlərin yaranması üçün şərait yaradacaq. Belə bir layihə sayəsində yerli sahibkarların dəstəklənməsi, uzunmüddətli dayanıqlılığı təmin ediləcək", - deyə sədr qeyd edib.

Bundan başqa, o deyib ki, regionlarda kiçik sahibkarlığın inkişafı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin təmin edilməsini daha da surətləndirəcək.

"İnanıram ki, "Gənc Aqrosahibkarlar" layihəsi uğurla icra olunacaq və onun iştirakçısı olan sahibkarlar üçün əlavə dəyər yarada biləcəyik", - deyə C.Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi