Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 17 %-dən çox artırıb
- 20 mart, 2023
- 08:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 27,174 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,4 % çoxdur.
Təkcə bu ilin fevral ayında Türkiyə Azərbaycana 15,861 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 10,9 % çoxdur.
Bu ilin 2 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının dəyəri illik müqayisədə 3 % artaraq 1,821 milyard ABŞ dollarına çatıb, fevral ayında isə 11,1 % azalaraq 0,834 milyard ABŞ dollarına düşüb.