Azərbaycan Tacikistandan yer fıstığı idxalını bərpa edib
- 15 mart, 2023
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana xaricdən 8,5 milyon ABŞ dolları dəyərində 5 min 842 ton yer fıstığı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 22,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 3,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 2 min 674 ton (-12 %), Braziliyadan 2,311 milyon ABŞ dolları dəyərində (+4,5 dəfə) 1 min 480 ton (+4,6 dəfə), Türkiyədən 1,25 milyon ABŞ dolları dəyərində (+4,1 dəfə) 784 ton (+4,1 dəfə), Argentinadan 1,23 milyon ABŞ dolları dəyərində (-5 %) 775 ton (-2,5 %), Hindistandan 143 min ABŞ dolları dəyərində (-34 %) 91 ton (-35 %) məhsul alıb.
On il 11 ayın tamamında Tacikistandan (35 min ABŞ dolları dəyərində 22 ton) yer fıstığı tədarükü bərpa edilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (9 ölkədən) aldığı 4,8 min ton yer fıstığının 63,5 %-i Özbəkistanın, 16,6 %-i Argentinanın, 6,7 %-i Braziliyanın payına düşüb.