Azərbaycan daha bir ölkədən qreypfrut tədarük etməyə başlayıb
- 01 iyul, 2022
- 11:43
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 492 min ABŞ dolları dəyərində 599,68 ton qreypfrut idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,7 %, kəmiyyət olaraq – 6,4 % çoxdur.
Hesabat dövründə Türkiyədən 447,88 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 1,4 % artıb) 559,85 ton (+1,3 %), Cənubi Afrika Respublikasından 33,2 min ABŞ dolları dəyərində 33,2 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 9,71 min ABŞ dolları dəyərində (-39,1 %) 6,47 ton (-41,2 %) və Perudan 1,2 min ABŞ dolları dəyərində 0,15 ton məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Perudan tədarük həyata keçirilib.