Azərbaycan buğda idxalını 15 %-dək artırıb
- 02 yanvar, 2023
- 09:52
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 398 milyon 9 min ABŞ dolları dəyərində 1 milyon 167 min 957 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcm baxımdan 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,7 %, dəyər baxımdan isə 38,4 % çoxdur.
Azərbaycan ötən il buğdanın bir tonunu almaq üçün 340 ABŞ dolları xərcləyib, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5 % çoxdur.
Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 287 milyon 557 min ABŞ dolları dəyərində 1 milyon 017 min 503 ton buğda idxal edib.
Qeyd edək ki, 2022-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 217 milyon 15 min ABŞ dolları, o cümlədən, ixrac əməliyyatları 36 milyard 335 milyon 560 min ABŞ dolları, idxal əməliyyatları 12 milyard 881 milyon 466 min ABŞ dolları, saldo 23 milyard 454 milyon 83 min ABŞ dolları təşkil edib.