Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb

Maliyyə
  • 28 oktyabr, 2026
  • 15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 784,8 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 26,9 %, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə isə 22,6 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 22 milyard 223,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,1 % çox, ilin əvvəlinə nisbətən 3,3 % az, ötən il sentyabrın 1-i ilə ilə müqayisədə isə 9,4 % çoxdur.

Azərbaycanda bankların ümumi aktivləri 63 milyard 621,7 milyon manat olan 21 bank fəaliyyət göstərir.

44 filmi