“AZCHEMCO”nun 15 adda maye gübrəsi Kənd Təsərrüfatı Nazirliyinin institutunda sınağa cəlb edilib

“AZCHEMCO”nun 15 adda maye gübrəsi Kənd Təsərrüfatı Nazirliyinin institutunda sınağa cəlb edilib Açıq və örtülü sahələrdə bitkilərin makro və mikroelementlərə olan təlabatının ödənilməsində tətbiq edilən maye gübrələr ölkəmizə xaricdən idxal edilir. Bitki sağlamlığı sahəsində ixtisaslaşmış “AZCHEMCO” MMC Kənd Təsərrüfatı Nazirliyinin çağırışlarına u
ASK
3 Mart , 2022 14:20
“AZCHEMCO”nun 15 adda maye gübrəsi Kənd Təsərrüfatı Nazirliyinin institutunda sınağa cəlb edilib

Açıq və örtülü sahələrdə bitkilərin makro və mikroelementlərə olan təlabatının ödənilməsində tətbiq edilən maye gübrələr ölkəmizə xaricdən idxal edilir. Bitki sağlamlığı sahəsində ixtisaslaşmış “AZCHEMCO” MMC Kənd Təsərrüfatı Nazirliyinin çağırışlarına uyğun olaraq, təlabatın daxili istehsal hesabına ödənilməsi, xarici bazarlardan asılılığın azaldılması və qida təhlükəsizliyinin minimuma endirilməsi istiqamətində 15 adda yüksək standartlara cavab verən və yeni tərkiblərə malik bioaktiv mineral maye gübrələrin istehsalı prosesinə start verib.

Analiz edilmiş maye gübrələrin təqdim edilmiş tərkiblərə tam uyğunluğu AMEA-nın Geologiya və Geofizika İnstitutunun laboratoriyasında və həmçinin Qida Təhlükəsizliyi Agentliyinin Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar laboratoriyasında təsdiq edilib.

Hazırda istehsal edilən gübrələr Dövlət qeydiyyatına alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin təqdimatı əsasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda müxtəlif tərəvəz bitkiləri üzərində sınaq təcrübələrinə cəlb edilib.

Sınaq təcrübələrinin ilkin nəticələrinə əsasən “AZCHEMCO” MMC-nin istehsal etdiyi maye gübrələrin istehsal keyfiyyəti, fiziki-kimyəvi, orqanoleptik göstəricilərinin sələflərindən daha üstün olması alimlərimiz tərəfindən təsdiq edilir. İlkin mərhələdə pomidor, xiyar, bibər bitkilərinin şitilliklərində sınaqdan keçirilən maye gübrələr kökdənkənar yemləmə kimi avtomatik çiləmə üsulları ilə tətbiq edilib. Alınmış nəticələrə görə təcrübə altında olan bitkilərin boy və inkişafı, xəstəlik və zərərvericilərə qarşı davamlılığı etalon sahələrdə olan bitkilərlə müqayisədə yüksək olub.

“AZCHEMCO” MMC-nin istehsal etdiyi maye gübrələr açıq və örtülü sahələrdə becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsində, xəstəlik və zərərvericilərə qarşı davamlılığının artırılmasında önəmli bitki bəslənmə vasitəsidir.

Keyfiyyətli tərəvəz, meyvə, giləmeyvə və digər bitkiçilik məhsullarının yetişdirilməsi məqsədilə təqdim edilmiş 15 növ maye gübrə kənd təsərrüfatımızın bu məhsullara olan təlabatının ödənilməsində və “Made in Azerbaijan” brendi altında xarici dövlətlərə ixrac olunması sahəsində irəliyə atılmış mühüm addımdır. Belə ki, gübrələrin istənilən nisbətlərdə su ilə qarışıqlarında heç bir çöküntü, bulanma və kristallaşma müşahidə edilmir, təqdim edilən gübrələrin bu xüsusiyyətləri digər analoqlarından üstün xassələrə malik olmasını göstərir.

Azərbaycan şəraitində “AZCHEMCO” MMC-nin istehsal etdiyi 15 növ maye gübrənin Dövlət Qeydiyyatına alınaraq istifadəsinə başlanılması kənd təsərrüfatında keyfiyyətli və ekoloji cəhətdən təhlükəsiz məhsullarının yetişdirilməsində geniş istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi