Aqrar Sığorta Fondunun sədri Biləsuvarda vətəndaşları qəbul edib

Aqrar Sığorta Fondunun sədri Biləsuvarda vətəndaşları qəbul edib Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Biləsuvar rayonunda Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib.
ASK
25 Oktyabr , 2023 17:41
Aqrar Sığorta Fondunun sədri Biləsuvarda vətəndaşları qəbul edib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Biləsuvar şəhərində Biləsuvar, Neftçala, Cəlilabad və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyalarının ödənilməsi ilə bağlı olub. Fermer və təsərrüfat nümayəndələri baş vermiş yanğın və təbiət hadisələri nəticəsində əkin sahələrinə dəyən zərərlərə görə sığorta ödənişlərinin verilməsi, əkin sahələrinin sığortalanması ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar.

F.Sadıqov qaldırılan məsələlərlə bağlı izah və məlumat, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Fondun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi