İranda 71 gündür davam edən etiraz aksiyaları - Səslənən "Qatil rejim!" şüarı - İCMAL

İranda 71 gündür davam edən etiraz aksiyaları - Səslənən "Qatil rejim!" şüarı - İCMAL Güney Azərbaycanın Urmiya, Sulduz (Nəğədə), Piranşəhr və Bukan şəhərlərində bazar və biznes mərkəzlərinin tətili davam edir. Hətta İranın müxtəlif şəhərlərində də sahibkarlar dükanları bağlayaraq tətilə qoşuliblar.
Analitika
25 Noyabr , 2022 12:43
İranda 71 gündür davam edən etiraz aksiyaları - Səslənən Qatil rejim! şüarı - İCMAL

Güney Azərbaycanın Urmiya, Sulduz (Nəğədə), Piranşəhr və Bukan şəhərlərində bazar və biznes mərkəzlərinin tətili davam edir. Hətta İranın müxtəlif şəhərlərində də sahibkarlar dükanları bağlayaraq tətilə qoşulublar.

“Report” xəbər verir ki, İranın hərbi-polis rejimi etiraz aksiyalarına qatılanları yaşlı, uşaq, qadın, qoca, ahıl fərq qoymadan həbs edir. Zunuz bölgəsindən olan 5 ahılın azadlığa buraxılması tələbi ilə Güney Azərbaycanın Mərənd şəhərindəki məhkəmə binasının qarşısına etiraz aksiyası keçirilib.

Məlumata görə, Ərdəbildə Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağı körpüdən asılıb.

Rəşt şəhərinin Şaqaçı məhəlləsində etirazçılar İran hərbi-polis qüvvələrinin aksiyalarda törətdiyi vəhiliklərə cavab olaraq "Bəsic" qüvvələrinin qərargahına od vurub.

Buşehr şəhərində sahibkarlar etirazlara dəstək məqsədilə mağazaları bağlayaraq tətil keçirib. Həştgerd şəhərində “Zərnam” şirkətinin mühəndis və işçiləri də etiraz olaraq tətil keçiriblər.

Kərəcin Qohərdəşt məhəlləsində etirazçılarla hökumət qüvvələri arasında əlbəyaxa dava olub. Aksiyaçılar İranın ali rəhbəri Xameneinin şəkli olan banerin üzərinə qan mənası verən qırmızı boya atıblar. Bundan başqa, Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhərində etirazçılar küçələrə yeridilən qüvvələrin maşınına özünümüdafiə məqsədilə əldəqayırma partlayıcı kapsullar atıblar. Eyni zamanda İlam şəhərində etirazçılar dinc askiyaların yatırılmasında əsas rollardan birini oynayan "Bəsic" qüvvələrinə məxsus qərargaha od vurub.

İsfahan və Həmədan şəhərlərində nümayişçilər "Diktatora ölüm olsun!", “Azadlıq, azadlıq, azadlıq!” şüarlarını səsləndiriblər. Kirmanşah əyalətinin Cəfərabad yaşayış massivində etirazçı gənclərlə hakimiyyət qüvvələri arasında qarşıdurma olub. Hərbi-polis qüvvələri gənclərə döyüş silahları ilə atəş açıb. Qəzvin və Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərlərində aksiyaçılar "Xameneiyə ölüm!", “SEPAH-çılara ölüm!” şüarlarını səsləndiriblər. Məlumata görə, İran teleradio şirkətinin keçmiş sədri Məhəmməd Sərəfraz təhlükəsizlik qüvvələrinə müraciət edib: “Silahsız insanları, müdafiəsiz qadın, uşaq və qocaları öldürən dövlət məmurları, bu əmri verən komandirlər qatildir”.

Qeyd edək ki, bu gün İranda 71 gündür etiraz aksiyaları keçirilir.

Son xəbərlər

Orphus sistemi