ANAMA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Zəfər abidəsini ziyarət ediblər.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentlik nümayəndələri Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qələbənin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.

Digər xəbərlər