Biləsuvar, Cəlilabad və İmişlidə Zəfər Günü qeyd olunub

Biləsuvar, Cəlilabad və İmişli rayonlarında Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 8 Noyabr - Zəfər Günü münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

Şəhidlərin məzarları ziyarət olunandan sonra ağacəkmə aksiyaları və rayon mədəniyyət mərkəzlərində tədbirlər keçirilib, konsert proqramları təşkil edilib.

Digər xəbərlər

Xankəndidə Zəfər Muzeyi olacaq 08 noyabr, 2026 / 12:11