Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub

Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bayram tədbirləri keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, hər beş rayonda şəhidlərin məzarları ziyarət olunub.

Ziyarət zamanı çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan bütün qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, onların göstərdikləri misilsiz şücaətin xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Səhər saatlarından başlayan ziyarət rayon ictimaiyyəti tərəfindən günün sonunadək davam etdirilib.

Qeyd olunan rayonlarda tanınmış incəsənət ustalarının təqdimatında konsert proqramı keçirilib.

Digər xəbərlər

Xankəndidə Zəfər Muzeyi olacaq 08 noyabr, 2026 / 12:11