8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət edilir.
"Report"un yerli bürosunun məlumatına görə, ziyarətlər zamanı şəhid məzarlarının üzərinə gül dəstələri qoyulur, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir.
Qeyd edək ki, Zəfər Günü münasibətilə bu gün Naxçıvan şəhərində konsert proqramı təşkil olunacaq. Günün sonunda isə bayram atəşfəşanlığı keçiriləcək.