"Böyük Qayıdış" Gənclər Təşkilatı Zəfər Günü ilə bağlı tədbirlər keçirib

"Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatçılığı və tərəfdaşlığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə gənclərin və könüllülərin iştirakı ilə silsilə tədbirlər həyata keçirilib.

"Report"un məlumatına görə, Zəfər Gününə həsr olunmuş "Böyük Qayıdış: Gənclərin rolu və yeni imkanlar" mövzusunda panel müzakirəsi də keçirilib.

Panel müzakirəsində gənclərin Böyük Qayıdış prosesində iştirak imkanlarının genişləndirilməsi, onların potensialının səfərbər olunması və işğaldan azad edilmiş ərazilərin inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin altıncı ildönümünə həsr olunan "Zəfər Günü – Qürur Günümüz" adlı musiqili-bədii proqram keçirilib.

Tədbirdə dövlət qurumlarının, gənclər və könüllü təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Azərbaycan Könüllüləri iştirak ediblər.

Bununla yanaşı, Sarıcalı kəndində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanı və Zəfər abidəsi ziyarət olunub, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

Gənclər həmçinin Zəfər Muzeyinə ekskursiya edərək Vətən müharibəsinin tarixi, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və tarixi Qələbənin əhəmiyyəti ilə yaxından tanış olublar.

Digər xəbərlər

Xankəndidə Zəfər Muzeyi olacaq 08 noyabr, 2026 / 12:11