8 Noyabr – Zəfər Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi Zəfər Tağı abidəsini ziyarət edib.
Bu barədə "Report"a ETSN-dən məlumat verilib.
Bildirilib ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və torpaqların azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.