8 Noyabr - Zəfər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, tarixi Qələbənin ildönümündə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.