Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub

Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı rayonlarında və Şirvan şəhərində Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

"Report"un Aran bürosunun məlumatına görə, tədbirlər çərçivəsində əvvəlcə şəhidlərin məzarları ziyarət olunub.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra mədəniyyət mərkəzlərində Zəfər Gününə həsr olunmuş tədbirlər təşkil olunub.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi xalqın tarixində şanlı səhifə olmaqla yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik nümunəsidir.

Digər xəbərlər

Xankəndidə Zəfər Muzeyi olacaq 08 noyabr, 2026 / 12:11