Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Quba rayonunda, dəniz səviyyəsindən 2783 metr yüksəklikdə yerləşən Xarıbülbül zirvəsinə yürüş təşkil olunub.

"Report" ETSN-ə istinadən xəbər verir ki, yürüşün məqsədi tarixi Zəfərin rəmzi olan milli birlik və vətənpərvərlik dəyərlərini təşviq etməklə yanaşı, təbiətlə təmasın gücləndirilməsi və dağ turizminə marağın artırılması olub.

Yürüş iştirakçıları zirvəyə qalxaraq Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.

Digər xəbərlər