Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub

Gəncə Dövlət Filarmoniyasının binasında 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan bayram konserti keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə konsert proqramında mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəqslər nümayiş edilib, vətənpərvərlik mahnıları səsləndirilib.

Konsert proqramını rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhər sakinləri izləyiblər.

Digər xəbərlər

Xankəndidə Zəfər Muzeyi olacaq 08 noyabr, 2026 / 12:11