Zakir Həsənov Türkiyə ordusuna təşəkkür edib

Zakir Həsənov Türkiyə ordusuna təşəkkür edib "2016-cı ildə Türkiyə ilə gücümüzü birləşdirib, bir neçə strateji yüksəkliyi ala bildik və bu, bizim qələbəmizin başlanğıcı oldu”.
Xarici siyasət
22 Dekabr , 2022 19:44
Zakir Həsənov Türkiyə ordusuna təşəkkür edib

"44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti, xalqı və Silahlı Qüvvələri Azərbaycanın yanında olmaqla, bu mübarizənin zəfərlə başa çatmasına səbəb olub”.

“Report”un Ankara bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

"2013-cü ildə Prezident İlham Əliyev məni müdafə naziri təyin edəndə bildirdi ki, bizim beynəlxalq hüquqa ümidimiz yoxdur, ikili standartlar var, biz gərək torpaqlarımızı öz gücümüzlə azad edək və “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyə Silahlı Qüvvələrinin bilik və bacarığı, dəstəyi ilə ordumuzu quraq. Başda hörmətli nazirmiz Hulusi Akar olmaqla Türkiyə ordusuna, xalqına və dövlətə öz minnətdarlığımı bildirirəm”, - nazir deyib.

Son xəbərlər

Orphus sistemi